Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
 
RePost.Az-ın məlumatına görə, sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının üzvləri təyin ediliblər:
 
Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
 
Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini
 
İdris İsayev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
 
Vadim Xubanov – Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
 
Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.
 
RePost.Az

Baxış sayı: 2136 | Tarix: 26.12.2017
Bizi Telegramda izləyin: @repostaz