Xəzər TV-də Zaur Kamalın aparıcılığı ilə yayımlanan “5 də 5” verilişində yenə diqqət çəkən məqamlar yaşanıb. 

RePost.az A24.Az-a istinadən xəbər verir ki, bu dəfə verilişin qonağı müğənni Dəniz olub. Aparıcı Zaur digər qonaqlara olduğu kimi, Dənizə də “iynəli” suallar verib.

“Bir gecəyə məşhur oldun, gecələr, gündüzlər çox işlədin? Necə oldu ki, bu yerə gəlib çıxdın?”.

Müğənni cavabında bu yerə əziyyəti sayəsində gəlib çıxdığını bildirib.

“İşləyəsən ki, gərək dişləyəsən … Zaur bir gecəyə yalan deyərəm… İllərlə. Amma əziyyət çəkib məşhurlaşdım. Zaur yetər”.

Zaur:”Gecələr, səhərlər bütün günü? Nələr, nələr. Hər dəfə deyirsən, Zaur gedək sənlə bir çay içək, zaman olmur”.

“Səni bir dəfə elə çaya aparacam ki, bir də “5 də 5″-ə gəlib çıxa bilməyəcəksən”, -deyə Dəniz aparıcıya bildirib.

RePost.az


Baxış sayı: 2212 | Tarix: 23.12.2016
Bizi Telegramda izləyin: @repostaz