Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən RePost.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.
 
Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 1-3, gündüz 7-12, Bakıda gecə 1-3, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında yanvarın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 0-9 dərəcə şaxta olacağı gözlənilir.
 
Xəbərdarlıq
 
Yanvarın 19-u axşamdan 20-si axşamadək bəzi rayonlarda arabir güclənən qərb küləyinin əsəcəyi, hava şəraitinin yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, şimal və şərq rayonlarında intensiv olacağı gözlənilir.
 
RePost.Az

Baxış sayı: 1927 | Tarix: 18.01.2018
Bizi Telegramda izləyin: @repostaz