20 Yanvar günü şəhərin mərkəzi yol və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
 
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən  RePost.Az-a verdiyi məlumata görə, sabah saat 08:00-dan mərasim  bitənədək, xüsusilə Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti istiqamətində kəsişən küçə və prospektlərdə avtomobillərin hərəkəti müvəqqəti dayandırılacaq. 20 Yanvar faciəsi qurbanlarını ziyarətə gələn vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Mehdi Hüseyn küçəsi, Teleteatr binasının yanından, Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin, Mətbuat prospekti ilə Mikayıl Müşfiq dairəsinin, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişmələrindən Parlament prospekti-Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
 
Həmin gün Parlament prospekti üzrə hərkət edən sürücülərə alternativ yollardan istifadə etməsi tövsiyə edlir:
 
RePost.Az

Baxış sayı: 2478 | Tarix: 19.01.2018
Bizi Telegramda izləyin: @repostaz