Bayıl yamacında sürüşmə zonasındakı vəziyyət bir neçə  gündür ölkə gündəmini  zəbt edib. Səbail  Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun  yamac boyunca iki “yeraltı çay” axması barədə açıqlaması isə hamını təşvişə salıb.
 
RePost.Az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Bizimyol.info saytına bildirib ki, yerin altıyla çayın axması  mümkün deyil, o ərazidə sadəcə sulu horizont aşkarlanıb.”
 
“40 metr  dərinlikdə sulu zona vardır Bu sulu horizontiun  mənbəyi əvvəllər Qanlı Göl idi, indi isə Bayıldakı suların çökməsi, daxil olması səbəb olur.Bakıda başqa ərazilərdə də yeraltı sular var, lakin yeraltı sular yalnız sürüşmə ehtimalı olan ərazilərdə təhlükəlidir”,- deyə Əziz Qaralov bildirib.
 
RePost.Az

Baxış sayı: 2326 | Tarix: 29.01.2018
Bizi Telegramda izləyin: @repostaz