Gəncə şəhərində polis əməkdaşına odlu silahdan atəş açılıb.
 
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. Gecə saatlarında hələki şəxsiyəti bilinməyən şəxs tərəfindən polis əməkdaşına odlu silahdan atəş açılıb. Polis əməkdaşı ayağından güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Vəziyyətin qənaətbəxş olduğu bildirilir.
 
Faktla bağlı Gəncə şəhər Prakurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 2440 | Tarix: 31.01.2018
Bizi Telegramda izləyin: @repostaz