"ABŞ Azərbaycan hökumətinə Konstitusiyaya və beynəlxalq öhdəliklərə müvafiq olaraq azad və ədalətli seçklilər keçirməyi tövsiyə edir".
 
RePost.Az Trend-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Bricit Brink Bakıda mətbuat konfransında deyib.
 
Dövlət Departamentinin rəsmisi deyib: "ABŞ inklüziv demokratik prosesləri, mətbuat azadlığı üçün şəraitin yaradılmasını dəstəkləyir. İnsan haqlarına və fundamental dəyərlərə hörmət ABŞ-la Azərbaycan arasındakı münasibətlərin vacib elementidir. Biz inanırıq ki, insan haqlarına hörmət, qanunun aliliyi, biznesin inkişafı üçün şəraitin yaradılması Azərbaycan üçün vacib əhəmiyyət daşıyır. Prezident Donald Trampın dediyi kimi, ABŞ bu dəyərləri bölüşən ölkələrlə sıx münasibət yaradır".
 
Bundan başqa, B.Brink Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına dəstəyə görə minnətdarlığını bildirib.
 
Beləliklə, ABŞ Azərbaycanı dəstəkləyir və 11 aprel növbədənkənar prezident seçkilərinin azad və ədalətli olacağına ümid etdiyini bildirir.
 
Qeyd edək ki, Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.
 
RePost.Az 

Baxış sayı: 2972 | Tarix: 07.02.2018
Bizi Telegramda izləyin: @repostaz