Fevralın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı,  gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən RePost.Az-a verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə  2-4 dərəcə aşağı enəcək.
 
Fevralın 13-ü gündüz qərb rayonlarından başlayaraq fevralın 14-ü axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. 
 
Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. 
 
Havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. 
 
RePost.Az

Baxış sayı: 2250 | Tarix: 12.02.2018
Bizi Telegramda izləyin: @repostaz