"Bu boyda kişi aparıcı Rövşanə Ağasəfqızına vurulub. Çox adam elə biləcək yalan deyirəm. Tam səmimi deyirəm düzdür. İşçilər də deyir necə edək? Qorxuram xəstələnər".
 
RePost.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Elgiz Əkbər "Səhər-səhər" verilişində deyib. 
 
O, müğənni Əli Mirəliyevin aparıcı Rövşanə Ağasəfqızına aşiq olduğunu deyib: 
 
"Bütün pensiyası bilirsiz nəyə gedir? Evdə dava düşəcək, arvadı öldürəcək. Bütün günü şirniyyatlar, güllər alır Rövşanəyə. İstəmirəm ki, Əli pərişan olsun. Get boşan, Rövşanəni al".
 
Elgizin sözlərini Mirəliyev özü də təsdiqləyib: 
 
"Sevdiyin insan yanında olsa bu sevgi deyil. Əlin çatmamalıdır ona. Yemək yeyındə belə gözünün qabağından keçir. Hər dəfə gzümün qabağındadır. Bizlərdə arvad boşamırlar. Bu sevgi mənimlə qəbrə gedəcək. Bizim şou biznes əhli öyrəşib gedib başqasını almağa".
 
RePost.Az

Baxış sayı: 3029 | Tarix: 03.03.2018
Bizi Telegramda izləyin: @repostaz