Bu gün bəzi yerli mətbuat orqanlarında yaxın günlərdə dollarla olan kreditlərlə bağlı sərəncam imzalanacağı barədə xəbərlər yayılıb. Verilən məlumatlara görə, güzəşt 10000 dollara qədər olan problemli kreditlərə şamil ounacaq. Belə ki, problemli kreditlərin 10 minə qədər olan hissəsinin 1.05 AZN-lə qaytarılması əksini tapacaq.
 
RePost.Az-ın məlumatına görə, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü  Vahid Əhmədov Bizim Yol-a deyib ki, hələlik, belə bir sərəncamın hazırlanması barədə məlumat yoxdur. Deputat onu da bildirib ki, dövlət başçısı hər zaman bu kimi məslələri diqqət mərkəzində saxlayır və humanist təklifləri nəzərə alır. ” Son günlər atılan addımlar onu göstərir ki,  belə bir  tədbirin  alınması reallığa daha uyğundur. Prezidentimiz  çox humanist insandır.  Biz  deputat Əli Mənsimli ilə belə bir təklif irəli sürmüşük. Sığorta və amnistiya ilə bağlı qərarı  Milli Məclisdə müzakirə olunur. Bu barədə söhbət gəzir və  dözlənilir.
 
İqtisadçı ekspert Natiq Cəfərli isə  Bizim Yol-a bildirib ki, belə bir addım seçki öncəsi təbliğatda müsbət addım olardı: “Lakin belə bir addım prezident  seçkilərindən sonra da atıla bilər.Problemli kreditlərlə bağlı məsələ həll olunmalıdır bunun başqa yolu yoxdur, banklar yüzlərlə  vətəndaşı məhkəməyə verir. Bu işləri həll etmək artıq məhkəmələrin  gücündən belə kənarda qalacaq. Hazırda məhkəmə yükünün 70  faizi bank  məsələlərinə həll olunub.
 
Belə bir  sərəncam gözlənilir amma hansı  formulla həll olunacaq bunu demək çətindir.. Əgər problemli kreditlərlə bağlı bir qərar verilərsə buna yəqin ki dövlət büdcəsindən  maliyyə ayrılacaq ki, banklara dəstək olsun. Çünki banklar əldə  etməli olduğqları gəlirləri  hardansa kompensasiya etməli olacaqlar, bunu isə dövlətdən başqa kim edə bilər?
 
Çox  güman ki, hardan  yeni maliyyə mənbələrinin ayrılması məsələlərinə baxılmaldıır, bu  Prezidentin Ehtiyat  Fondu  da ola bilər, Neft  Fondu da ola bilər. Amma bu məsələ gec- tez həll olunmalıdır. Ola bilər dövlət faiz dərəcələrinin bir hissəsini  öz üzərinə götürsün.  Ola bilər banklara kompensasiya versin və ya  banklar borcların bir hissəsini silsin, bunun əvəzində  dövlət bankların öhdəliklərini azaltsın. Hələlik bu ehtimaldır, lakin reallaşmasını hər kəsin çox böyük ümidlə gözlədiyi ehtimaldır”.
 
RePost.Az

Baxış sayı: 1965 | Tarix: 05.03.2018
Bizi Telegramda izləyin: @repostaz