8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Bakı Nəqliyyat Agentliyi maraqlı aksiya keçirib.
 
RePost.Az-ın məlumatına görə, aksiya çərçivəsində Agentliyin əməkdaşları kommunal xidmət sahəsində çalışan xanımları təbrik edib.
 
Paytaxt yollarında təmizlik işləri ilə məşğul olan xanımlara gül və ərzaq dükanından alış-veriş etmək üçün hədiyyə kartı verilib.
 
Bakı Nəqliyyat Agentliyinin kollektivi xanımları 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edir, hər birinə cansağlığı, səadət və işlərində nailiyyətlər arzulayır!
 
RePost.Az


Baxış sayı: 2383 | Tarix: 08.03.2018
Bizi Telegramda izləyin: @repostaz