Bayılda suyun verilişində məhdudiyyət olacaq.
 
"Azərsu" ASC-dən RePost.Az-a verilən məlumata görə, məhdudiyyət Bayıl qəsəbəsi ərazisində yerləşən su nasos stansiyasının elektrik enerjisi ilə təchizatında yaranmış problemlərlə əlaqədardır.
 
Belə ki, 9 mart 2018-ci il tarixdə 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
 
RePost.Az

Baxış sayı: 2440 | Tarix: 09.03.2018
Bizi Telegramda izləyin: @repostaz