“Real” TV-nin peyk yayımına başlayacağı tarix məlum olub.
 
RePost.Az-ın məlumatına görə, Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov apa-ya bildirib ki, “Real” TV-nin martın 12-dən sonra “Azərspace-1” peykində yayıma başlayacağı nəzərdə tutulub.
 
Qeyd edək ki, martın 5-də MTRŞ-da “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.
 
“Real" TV-nin baş direktoru Mirşahin Ağayevdir.
 
RePost.Az

Baxış sayı: 3808 | Tarix: 09.03.2018
Bizi Telegramda izləyin: @repostaz