Tanınmış müğənni Təranə Qumral barəsində cinayət işi qaldırılıb. Bu barədə RePost.Az-a müğənni Nazəninin vəkili Heyrat Qarayev məlumat verib:
 
O bildirib ki, Qumral Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən, üç ilədək azadlıqdan məhrum edilə bilər.
 
Buna səbəb isə ifaçının Məhkəmə qətnaməsini qərəzli şəkildə icra etməməsidir.
 
“Cavabdeh Təranə İbrahimova Bakı Apellyasiya Məhkəməsinin iki qətnaməsini icra etmədiyi üçün barəsində toplanan materiallar Ədliyyə Nazirliyinin istintaq idarəsinə təqdim edilib.
 
Hər iki qətnamədə bildirilir ki, Təranə İbrahimova Məhəbbət Həsənov və həyat yoldaşı Nazənin xanımdan üzr istəməli, eləcə də, təkzib verməlidir. Uzun müddətdir ki, cavabdeh tərəfdən hər iki qətnamə üzrsüz səbəbdən, qərəzli şəkildə icra edilməyib, buna görə də T. İbrahimova barədə Ədliyyə Nazirliyinin istintaq idarəsində Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda istintaq davam edir”.
 
RePost.Az

Baxış sayı: 2877 | Tarix: 16.03.2018
Bizi Telegramda izləyin: @repostaz