Belarus prezidenti Aleksandr Lukaşenkonun Bakıya rəsmi səfəri və sonda Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə Qarabağ problemi ilə bağlı səsləndirdiyi bəyanat ermənilərin xoşuna gəlməyib. 
 
RePost.AZ-ın EurAsia Daily-ə istinadən verdiyi məlumata görə, erməni jurnalist Liya Xocayan Lukaşenkonun Qarabağ münaqişəsinin Azərbaycanın ərazi  bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğuna xüsusi diqqət çəkib. Liya Xocayan Belarusun KTMT-yə üzv ölkə olduğunu xatırladaraq bu bəyanatın KTMT-ya digər üzv ölkə olan Ermənistanın maraqlarına cavab vermədiyini xüsusi vurğulayıb. Liya Xocayan aprel döyüşlərində Belarusun açıq-aşkar Azərbaycanın mövqeyini dəstəklədiyini və bu səbəbdən də Belarus səfərindən Erənistan XİN-ə çağırılaraq izahat tələb edildiyini xatırladıb. Erməni jurnalist Belarusun KTMT-ya üzv olduğuna baxmayaraq Azərbaycanın mövqeyini dəstəkləməsini qəbuledilməz olduğunu yazıb. 
 
Qeyd edək ki, aprel döyüşlərində Azərbaycanın mövqeyini daha bir önəmli dövlət - Qazaxıstan dəstəkləmişdi. O vaxt Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə Serj Sarkisyan arasında gərginlik ən yüksək həddə çatmışdı. Hətta sonradan Nursultan Nazarbayevin İrəvana nəzərdə tutulduğu səfəri də Qazaxıstan prezidentinin xəstələnməsi səbəbindən ləğv edilmişdi. Ermənistan mətbuatı əslində bu xəstəliyin Nazarbayevin komandası tərəfindən uydurulduğunu yazırdı. Onlar Nursultan Nazarbayevin İrəvana gələrək Serj Sarkisyanla görüşmək istəmədiyini iddia edirdilər. Gründüyü kimi rəsmi Bakının yürütdüyü incə siyasət İrəvanı təcrid vəziyyətinə gətirib çıxarıb. MDB məkanının ən önəmli oyunçuları Minsk və Astana Ermənistana təzyiq etməklə məşğuldurlar.  Bu xeyrimizə işləyə bilər. 
 
RePost.AZ
 
Azər Selcan
 
 
 
 
 
 
 

Baxış sayı: 3732 | Tarix: 29.11.2016
Bizi Telegramda izləyin: @repostaz