Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Bakı şəhərində “Ətraf mühitin mühafizəsi haqqında” qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.
 
ETSN-in mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, reyd zamanı “KamAZ” markalı 90-JA-841 və 90-JO-787 dövlət qeydiyyat nişanlı avtomobillərin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qu” gölünün ətrafına qeyri-qanuni tullantı boşaltdığı aşkar olunub.
 
Araşdırma zamanı avtomobillərin “Bakı metropoliteni” QSC-yə məxsus olduğu müəyyən edilib.
 
Faktla bağlı QSC-yə protokol tərtib olunub və müəssisə barəsində hüquqi şəxs qismində cərimə qərarı qəbul edilməsi üçün toplanmış sənədlər Nəsimi Rayon Məhkəməsinə göndərilib.
 
RePost.Az

Baxış sayı: 2231 | Tarix: 01.05.2018
Bizi Telegramda izləyin: @repostaz