“Lider” TV-də yayımlanan “Yarasa” proqramının aparıcısı, aktrisa Könül Yusifqızı işdən çıxarılıb.
 
Bu barədə Oxu.Az-a “Lider” TV-nin mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, “Yarasa” proqramı qaldığı yerdən davam edəcək. Ancaq aparıcısı Könül Yusifqızı olmayacaq.
 
Qeyd edək ki, sözügedən aparıcı efirə uyğun olmayan geyimlərdə çıxması və qeyri-etik ifadələrin işlənməsində həm özünə, həm də qonaqlara nəzarət etməməsi ilə gündəmə gəlmiş, sosial şəbəkələrdə tənqid və təhqir olunmuşdu.
 
RePost.Az

Baxış sayı: 3504 | Tarix: 07.05.2018
Bizi Telegramda izləyin: @repostaz