Bakı şəhərində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Binəqədi rayonu, Sulutəpə dairəsindən Bakı-Sumqayıt yoluna çıxışa qədər olan hissədə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.
 
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən RePost.Az-a verilən məlumata görə, bu məqsədlə axşam saatlarınadək nəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılır.
 
"Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.
 
RePost.Az

Baxış sayı: 2307 | Tarix: 22.05.2018
Bizi Telegramda izləyin: @repostaz