Türkiyənin tanınmış müğənnisi və aktyoru Murat Boz yanvarın 5-də Bakıya gələcək.
 
Bu barədə RePost.Az-a Nizami Kino Mərkəzindən məlumat verilib. Məlumata görə, müğənni Bakıya "Dönərse Senindir" filminin Nizami Kino Mərkəzində keçiriləcək qala-gecəsinə qatılmaq üçün gələcək.
 
Erol Ozlevin romantik komediya janrında çəkdiyi bu filmdə baş qəhrəman Mehmet uzun illərdi ki, Selin adlı qıza dəlilər kimi aşiqdir. Selin isə mahnı yazdırıb musiqi və səsyazma şırkətlərinə göndərərək müğənni olmaq xəyalı quran qadındır. Bir gün onun arzusu gerçəkləşir. O, şirkətlərin birindən dəvət alır. Bu məqamda, Mehmetin ona tam dəstəy olmasına baxmayaraq  onlar ayrılırlar. Ayrılığı qəbul etmək istəməyən Mehmet, Selini yenidən qazanmaq üçün çətin amma gülməli vəziyyətlərə düşür.
 
Qala gecəsinə filmdə baş qəhrəmanları canlandıran aktrisalar Yasemin Allen ve İrem Sakın da qatılacaqlar.
 
RePost.Az

Baxış sayı: 2288 | Tarix: 29.12.2016
Bizi Telegramda izləyin: @repostaz