Azərbaycanda iyun ayına olan hava proqnozu açıqlanıb. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən RePost.Az-a verilən məlumata görə, iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı dövrlərdə bir qədər yüksək olacağı gözlənilir. İyun ayının ilk günlərində hava şəraiti qeyri-sabit, küləkli keçəcək, havanın temperaturu normadan aşağı olacaq. Birinci ongünlüyün ortalarından temperatur yenidən yüksələcək. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı gözlənilir.
 
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-24 dərəcə isti (gecələr 16-21, gündüzlər 22-27, bəzi günlərdə 25-34 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir.
 
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 9-12 mm) olacağı gözlənilir.
 
Naxçıvan Muxtar Respublikasında Orta aylıq temperaturun 22-26 dərəcə isti (gecələr 12-17, gündüzlər 24-29, bəzi günlərdə 32-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
 
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 21-35 mm) gözlənilir.
 
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında
 
Orta aylıq temperaturun 14-17 dərəcə isti (gecələr 9-14, gündüzlər 15-20, bəzi günlərdə 23-27 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
 
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 86-130 mm) olacağı gözlənilir.
 
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
 
Orta aylıq temperaturun 22-24 dərəcə isti (gecələr 13-18, gündüzlər 23-27, bəzi günlərdə 30-34 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir.
 
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 46-63 mm) olacağı gözlənilir.
 
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında
 
Orta aylıq temperaturun 20-23 dərəcə isti (gecələr 12-17, gündüzlər 19-24, bəzi günlərdə 28-33 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
 
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 18-179 mm) gözlənilir.
 
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
 
Orta aylıq temperaturun 24-27 dərəcə isti (gecələr 15-20, gündüzlər 23-28, bəzi günlərdə 31-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
 
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 12-49 mm) olacağı gözlənilir.
 
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
 
Orta aylıq temperaturun 20-24 dərəcə isti (gecələr 14-19, gündüzlər 23-28, bəzi günlərdə 32-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir.
 
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-47 mm) olacağı gözlənilir. 
 
RePost.Az
 

Baxış sayı: 2250 | Tarix: 31.05.2018
Bizi Telegramda izləyin: @repostaz