Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov “Sirdaş Rövşanə” də baş verən əlbəyaxa davayla bağlı açıqlama verib.
 
Oxu.Az-a danışan Dadaşov bildirib ki, MTRŞ belə halların kütləviləşməsinin tərəfdarı deyil:
 
“Telekanallar reytinq toplamaq üçün bu yollara əl atırlar. Ancaq şou verilişdir. Xaricdə də kifayət qədər belə verilişlər var. Lakin, onu da qeyd edim ki, gələn qonaqların diqqətli seçilməsi  zəruridir. Qonaqlar arasında gərginlik yarananda aparıcı onları sakitləşdirməyi bacarmalıdır. Bu efirdə də Rövşanə Bektaşi gələn qonaqlar arasında tərəfkeşlik etmədiyi üçün heç bir problem yoxdur”.
 
RePost.Az

Baxış sayı: 3371 | Tarix: 08.06.2018
Bizi Telegramda izləyin: @repostaz