Müğənnilər Təranə Qumralla Nazənin arasındakı növbəti məhkəmə prosesi baş tutub.
 
RePost.Az axşam.az-a istinadən bildirir ki, prosesdə zərərçəkənlər Nazənin həyat yoldaşı Məhəbbət Həsənov və prodüseri Pərviz Abbasov iştirak ediblər.
 
Zərəçəkənlərin vəkili "Atler eqo" hüquq şirkətinin baş direktoru Heyrət Qarayev saytımıza açıqlamasında məhkəmə prosesindən danışıb. O bildirib ki, təqsirləndirilən Təranə Qumral da məhkəməyə gəlib:
 
"Məhkəmədə yenə də hər iki tərəf iştirak edib. Təranə Qumral hakimə açıq-aşkar bildirib ki, məhkəmə qərarını icra etməyəcək. Hakim isə ona bu halda veriləcək ağır cəzadan bəhs edib. Bu halda Təranəni 3 il həbs gözləyir. Başqa bir cəzadan söz belə gedə bilməz. 
 
Zərəçəkmiş Məhəbbət Həsənov məhkəmədə Təranə Qumralla aralarında olan intim əlaqədən danışıb, hətta görüşdükləri kafenin ünvanını, vaxtları deyib. Qarşı tərəf bu iddiaları rədd edib, etirazını bildirib. Məhkəmə bir neçə prosesdən sonra yekunlaşmalıdır. Növbəti iclas isə iyunun 25-nə təyin edilib".
 
Qeyd edək ki, Nazənin vəkili bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, qarşı tərəf məhkəmə qərarını icra etmədiyi üçün iş Ədliyyə Nazirliyinə göndərilib.
 
Təranə ilə Nazənin arasındakı qalmaqal uzun illərdir davam edir. Qalmaqal "ANS"in "Bazar səhəri" verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala "Səni ərimlə tutdum" demişdi. T.Qumral isə, öz növbəsində, Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi.
 
RePost.Az
 

Baxış sayı: 3143 | Tarix: 21.06.2018
Bizi Telegramda izləyin: @repostaz