Azərbaycanda ölkə üzrə enerji təchizatında yenidən problem yaranıb.
 
RePost.Az-ın məlumatına görə, Mingəçevir İES-in qəza baş vermiş 6-cı blokunda təmir-bərpa içləri görüləndən sonra yoxlama-sınaq işləri həyata keçirilib. Bu zaman yaranmış titrəyişdən yenidən qəza vəziyyəti yaranıb.
 
Bakıda elektrik enerjisinin verilişinin yenidən kəsilməsi "Bakı metropoliteni" QSC-nin işinə mənfi təsir edib. Tuneldə qtaralarda və platformalarda çoxlu insanlar qalıb. Onların təxliyyəsi üçün FHN işə qarışıb. "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, metronun bütün stansiyaları girişə bağlanıb: "Hazırda təxliyə ilə bağlı işlərə başlanıb. Təxliyə təlimat üzrə aparılır. Hazırda təmas relslərindən gərginliyin çıxarılması ilə bağlı əmr verilib. Bu addım elektrik enerjisinin yenidən veriləcəyi təqdirdə xoşagəlməz halların qarşısını almaq məqsədi ilə atılıb. Tədbirlər planına uyğun tədbirlər görülür".
 
Bundan başqa Bakı-Sumqayıt elektrik qatarınınn da yolda qaldığı bildirilir. Sərniçşinlərin RePost.Az-a verdikləri məlumata görə, vaqonların qapıları və pəncərələri bağlı qaldığından içəridə bürkü yaranıb. Bəzi insanların halı pisləşib. Bir müddət sonra qatarı teplavozla 28 May-a dəmir yolu vağzalına qaytarıblar. 
 
Təkrar baş verən elektrik kəsintisi ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma və yollarda nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlərin icrasına başlayıb.
 
Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, sərnişin sıxlığının qarşısının alınması üçün bütün zəruri tədbirlər görülür.
 
İlkin olaraq bütün marşrut xətləri üzrə sərnişinlərin ödənişsiz daşınmasına göstəriş verilib.
 
"Yollarda hərəkətin təhlükəsizliyi üçün bütünü sürücülərdən ehtiyatlı olmalarını və yol kəsişmələrində bir-birlərinə qarşı anlayışlı olmaları tövsiyə edilir", - deyə məlumatda vurğulanıb.
 
 Fövqəladə Hallar Nazirliyindən isə Mingəçevir İES-in qəza baş vermiş blokunda təmir-bərpa işləri ilə əlaqədar enerji təchizatında müəyyən fasilələrin yaranmasını istisna etməyib. 
 
Məlumatda qeyd olunub ki, baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı proses Azərbaycan Prezidenti İlham Əliyevin nəzarətindədir.
 
Nazirlik rəsmisi vurğulayıb ki, hazırda qəzanın nəticələrinin aradan qaldırılması üçün iş aparılır, eyni zamanda Bakı Metropolitenində tuneldə və stansiyalarda qalmış şəxslərin evakuasiya prosesi həyata keçirilir, bu proses yaxın dəqiqələrdə yekunlaşacaq.
 
"Vəziyyət tam nəzarət altındadır. Qəza-bərpa və evakuasiya işləri davam etdirilir. Əhalini narahat olmamağa, təşvişə düşməməyə çağırırıq" deyə, FHN rəsmisi APA-ya deyib.
 
Məlumatda o da vurğulanıb ki, baş vermiş hadisə və onun  nəticələrinin aradan qaldırılması ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.


Baxış sayı: 2668 | Tarix: 03.07.2018
Bizi Telegramda izləyin: @repostaz