Bakının Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində, “Papanin” kimi tanınan ərazidə tikilməkdə olan metrostansiyanın istifadəyə veriləcəyi vaxt açıqlanıb.
 
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, işlərin 2019-cu ilin axırı, 2020-ci ilin əvvəlinə kimi yekunlaşması planlaşdırılır.
 
Qeyd edək ki, Bakı Metropolitendə xətlərinin uzunluğu 36,6 kilometr, xətlərinin sayı 3, stansiyalarının sayı 25-dir.
 
Hazırda Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.
 
RePost.Az

Baxış sayı: 2193 | Tarix: 26.10.2018
Bizi Telegramda izləyin: @repostaz