Teleaparıcı Azər Zahidin "Youtube" kanalında təqdim edilən "Yoxlama" verilişi reketlikdə ittiham edilir.
 
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki, Gəncədə yerləşən "Nostalji" restoranının direktoru Anar Məmmədov bununla bağlı sosial şəbəkədə məlumat yayıb.
 
Onun sözlərinə görə, əvvəlcə verilişin əməkdaşı Xaliq Camalzadə restorana gələrək 1000 AZN qarşılığında restoranı reklam etməyi təklif edib. Reklam razılaşması baş tutmadıqdan sonra aparıcı Azər Zahid restorana gələrək çəkiliş aparmaq istədiyini bildirib.
 
"Keçən ay 2 dekabr tarixində bir qrup şəxsin "Yoxlama" verlişi adı ilə restoranımıza daxil olaraq "burada çəkiliş aparmalıyıq" deyərək bir video hazırlayıb. Həmin görüntüləri öz "Youtube" kanallarında paylaşaraq bizim restoranı pisləyiblər", - restoran rəhbərliyi deyib. 
 
Azər Zahid zənglərimizə cavab vermədiyi üçün mövqeyini öyrənə bilmədik.
 
RePost.Az
 
"Yoxlama" verilişinin "Youtube"da paylaşdığı video 


Baxış sayı: 3447 | Tarix: 10.01.2019
Bizi Telegramda izləyin: @repostaz