Daxili işlər Nazirliyində kadr dəyişikliyi olub.
 
RePost.Az-ın əldə etdiyi məlumata görə, müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.
 
Sənədə əsasən, Əli Əsədullayev Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə rəis müavini təyin edilib.
 
Xatırladaq ki, Ə.Əsədullayev Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayevin oğludur.
 
RePost.Az

Baxış sayı: 3504 | Tarix: 19.02.2019
Bizi Telegramda izləyin: @repostaz