Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı bu gün Dövlət Sərhəd Xidmətində jurnalistə təqdim edilib/
 
RePot.Az-ın məlumatına görə, Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin əməkdaşı İradə Cəlilova “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
 
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin əmri ilə verilən medal bu gün İradə Cəlilovaya təqdim edilib.
 
Qeyd edək ki, “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli Qanunu ilə təsdiq edilib.

Baxış sayı: 2839 | Tarix: 29.10.2019
Bizi Telegramda izləyin: @repostaz