Torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisində su xəttində qəza olub.
 
Bununla bağlı RePost.Az-a “Azərsu” ASC-dən məlumat verilib.
 
Bildirilib ki, həmin ərazidən keçən 500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsi dayandırılıb.
 
Su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.

Baxış sayı: 2440 | Tarix: 25.11.2019
Bizi Telegramda izləyin: @repostaz