Azərbaycanın Birinci vitse-prezidentinə yeni köməkçi təyin edilib.
 
RePost.Az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.
 
Sərəncama əsasən, Andrey Sipilin Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunub.
 
Andrey Sipilin daha əvvəl "PAŞA İnşaat" MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində çalışıb.
Birinci vitse-prezidentinə yeni köməkçi bundan əvvəl - 2004-2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə işləyib. 2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.
 
Andrey Sipilin 1995-99-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb.
 

Baxış sayı: 2744 | Tarix: 26.12.2019
Bizi Telegramda izləyin: @repostaz