Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı öncəsi Bibiheybət yolunda hərəkətin bərpası nəzərdə tutulub.
 
Bu barədə RePost.Az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən (AAYDA) bildirilib.
 
Məlumata görə, ən azı 2 hərəkət zolağı enində yolda hərəkətin bərpası üçün hazırda ərazidə işlər aparılır, yol asfaltlanır.
 
Asfalt-beton örtüyünün döşənməsinin bu gecə yekunlaşdırılması, 31-i səhər saatlarında yolda xətlənmə işlərinin aparılması və yol kənarına dəmir-beton təhlükəsizlik sədlərinin quraşdırılması nəzərdə tutulur:
 
"31 dekabr günün ikinci yarısından isə yolda hərəkətin bərpası planlaşdırılır. Ərazidə gələcəkdə bu kimi hadisələrin baş verməməsi üçün tikinti-bərpa işləri davam etdirilir, svay əsaslı istinad divarları inşa edilir, yeni drenaj və yağış-kanalizasiya sistemi qurulur. İşlərin tam olaraq 2020-ci ilin I rübündə yekunlaşdırılması nəzərdə tutulub".

Baxış sayı: 2326 | Tarix: 30.12.2019
Bizi Telegramda izləyin: @repostaz