Azərbaycan əhalisinin sayı açıqlanıb.

 

Dövlət Statistika Komitəsindən  RePost.AZ-a verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 96 min 400 nəfər və ya 1% artaraq 2016-cı il dekabr ayının 1-i vəziyyətinə 9 milyon 802 min nəfərə çatıb.

 

Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 113 nəfər olub.

Əhalinin ümumi sayının 53,1%-ini şəhər, 46,9%-ini kənd sakinləri, 49,8%-ini kişilər, 50,2%-ini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.

 


Baxış sayı: 2250 | Tarix: 24.01.2017
Bizi Telegramda izləyin: @repostaz