Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb.
 
Bu barədə RePost.Az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova bildirib.
 
Bu gün səhər saatlarında Baş Sumqayıt - 6-cı blok/post mənzilinin 50-ci kilometrində kontakt şöbəsində kontakt naqillərinin kənar şəxslər tərəfindən oğurluq hadisəsi baş verib.
 
Hadisə nəticəsində Bak-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində 6-31 dəqiqə arası ləngimə qeydə alınır.
 
Hazırda elektrik qatarları cədvəl üzrə hərəkət edirlər.
 
Hadisə aidiyyəti üzrə araşdırılır.

Baxış sayı: 2516 | Tarix: 04.03.2020
Bizi Telegramda izləyin: @repostaz