Koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargah yeni qərarlar alıb.
 
RePost.Az xəbər verir ki, alınan yeni qərara əsasən 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılsın, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə veriləcək.
 
Bundan başqa, bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılacaq və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə veriləcək.

Baxış sayı: 583