Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində güclü partlayış olub.
 
RePost.Az-ın məlumatına görə, partlayışın dalğası Livan paytaxtında yaşayış sahələrində də hiss edilib. Bəzi evlərə və ofislərə ziyan dəyib. İlkin məlumata görə 10-dan çox insan həlak olub.
 
Partlayışın səbəbləri hələ ki, məlum deyil.
 
Yerli telekanalların bildirdiyinə görə, dəniz limanı ərazisinə raket zərbəsinin endirilməsi istisna deyil. Bəzi mənbələr isə partlayışın pirotexnika anbarında baş verdiyini yazıb.


Baxış sayı: 3086 | Tarix: 04.08.2020
Bizi Telegramda izləyin: @repostaz