Yazıçı Kəramət Böyükçöl polis tərəfindən saxlanılıb.
 
RePost.Az xəbər verir ki, yazıçı "facebook"da canlı yayımda olarkən kirayə yaşadığı evə polislər gəlib.
 
DIN-dən verilən məlumata görə, K.Böyükçölün kirayədə yaşadığı binanın sakinləri və evin sahibi ərazi üzrə polis bölməsinə müraciət edərək, iki gündür həmin mənzildən səs-küy gəldiyini və bu halın qonşuları ciddi narahat etdiyini bildiriblər:
 
“Hətta qonşulardan biri bir dəfə qapını döyərək onları sakitliyə riayət etməyə çağırıb. Bu zaman Kəramət Böyükçöl həmin qonşunu təhqir edərək onunla dalaşıb.
 
Bu gün ərazi üzrə polis bölməsinin əməkdaşları daxil olan şikayət əsasında həmin ünvana gedib. Sərxoş vəziyyətdə olan Kəramət Böyükçöl saxlanılıb. Hazırda araşdırma aparılır”.
Polis əməkdaşları bildiriblər ki, məişət zəminnidə səs-küy olduğu üçün qonşulardan şikayət daxil olub. Bundan sonra o, saxlanılaraq aparılıb.

Baxış sayı: 2801 | Tarix: 18.08.2020
Bizi Telegramda izləyin: @repostaz