ABŞ-ın mobil smartfon nəhəngi “Apple” özünün yeni “iPhone 12” modelini təqdim edib.
 
RePost.Az xəbər verir ki, təqdimat mərasimi şirkətin veb saytında yayımlanıb.
 
Model beş rəngdə - qara, ağ, qırmızı, yaşıl və tünd mavi rənglərdə təqdim olunub.
 
Bundan əlavə, smartfonlar 5G mobil şəbəkəsini də dəstəkləyəcəklər. Cihaz iki kamera ilə təchiz olunub və düz kənarlarına görə “iPhone 4” və “iPhone 5” modellərini xatırladır.
 
“iPhone 12” seriyalı smartfonların minimal qiyməti 649 dollar təşkil edəcək. Bu barədə “YouTube”da “iPhone SE” modelini dəqiqliklə təsvir edən və onun buraxılış tarixini açıqlayan məşhur insayder Con Prosser bildirib.
 
“Apple” tərəfindən dörd yeni qurğunun buraxılışının planlaşdırıldığını deyən C.Prosser bütün qurğuların qiyməti barədə informasiyanı bölüşüb. Belə ki, əsas qabaqcıl “iPhone 12” modeli 5,4 düymlük ekranla işıq üzü görəcək və 649 dollara olacaq. İkinci model – “iPhone 12 Plus” 6,1 düymlük displeylə təchiz olunacaq və qiyməti 749 dollar təşkil edəcək. Bu, 699 dollar qiymətləndirilən “iPhone 11” modelindən baha, başlanğıc satış qiyməti 749 olan “iPhone XR” smartfonunun qiymətinə isə yaxındır.
 
Adında “Pro” prefiksi olan qabaqcıl modellərin qiyməti daha baha olacaq. İnsayder qeyd edib ki, 6,1 düymlük ekrana malik “iPhone 12 Pro” 999 dollar qiymətləndiriləcək. Seriyanın “iPhone 12 Pro Max” adı ilə satışa çıxarılacaq ən bahalı versiyasının başlanğıc qiyməti 1099 dollara bərabər olacaq. Onun sözlərinə görə, “Apple” 2020-ci ilin böyük modellərinin qiymətini saxlamağa çalışır, çünki “iPhone 11 Pro” və “11 Pro Max” modelləri də müvafiq olaraq 999 və 1099 dollar qiymətləndirilib.

Baxış sayı: 3086 | Tarix: 14.10.2020
Bizi Telegramda izləyin: @repostaz