Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır.
 
RePost.Az -ın məlumatına xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
 
Yayılan məlumata görə, bir gündə 1058 erməni COVİD-19 virusuna yoluxub. Virusdan 6 nəfər dünyasını dəyişib.
 
Bununla da Ermənistanda virusa yoluxanların sayı 57566-ya yüksəlib. Ümumilikdə Ermənistanda 1039 nəfər virusdan ölüb.
 
Hazırda Ermənistanda 10561 aktiv koronavirus xəstəsi var.

Baxış sayı: 4093 | Tarix: 14.10.2020
Bizi Telegramda izləyin: @repostaz