Dünyada koronavirusa yoluxanların sayı 79 milyonu ötüb. 
 
RePost.Az-ın “Worldometers”ə istinadən xəbərinə görə, indiyədək virusa 79735214 nəfər yoluxub. Onlardan 1749528 nəfəri ölüb. 
 
Virusa yoluxanların sayına görə ilk üçlükdə ABŞ, Hindistan və Braziliya gəlir. 
 
Koronavirusa yoluxma üzrə ilk onluğa daxil olan digər ölkələr isə Rusiya, Fransa, Böyük Britaniya, Türkiyə, İtaliya, İspaniya və Almaniyadır. 

Baxış sayı: 3086 | Tarix: 25.12.2020
Bizi Telegramda izləyin: @repostaz