Türkmənistan təbii qaz tədarükçüsü olaraq Cənub Qaz Dəhlizi layihəsinə vacib töhfə verə bilər.
 
RePost.Az xəbər verir ki, bunu Trend-ə Rumıniyanın İqtisadiyyat, Energetika və Biznes Mühiti Nazirliyindən bildiriblər.
 
Məlumatda qeyd olunub ki, Cənub Qaz Dəhlizi Avropa İttifaqının enerji şaxələndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir:
 
"Azərbaycan qazı layihə üçün əsas tədarük mənbəyi olsa da, növbəti mərhələlərdə Türkmənistan, Yunanıstanın mayeləşdirilmiş təbii qaz terminalları kimi tədarük mənbələri də nəzərdən keçiriləcək".
 
Nazirlikdən bildiriblər ki, Trans-Xəzər qaz kəməri layihəsi Avropa Komissiyasının maraq dairəsinə daxil olan layihə kimi strateji status qazanıb:
 
"Rumıniya əvvəldən Cənub Qaz Dəhlizini dəstəkləyib və gələcək mərhələlərdə bu infrastrukturun bir hissəsi olmaqda və nəql olunacaq qaza çıxış əldə etməkdə maraqlıdır".

Baxış sayı: 3276 | Tarix: 04.01.2021
Bizi Telegramda izləyin: @repostaz