Gürcüstanda mayın 4-dən 11-dək bütün ölkə miqyasında tətil elan olunub.
 
RePost.Az-ın məlumatına görə, bu barədə qərar Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının toplantısında qəbul edilib.
 
İclasda ölkədə pisləşməkdə olan epidemioloji vəziyyət müzakirə olunub. Bildirilib ki, koronavirusa yoluxma hallarında artım xüsusi diqqət və yanaşma tələb edir.
 
Digər qərara əsasən, cari epidemioloji vəziyyət nəzərə alınmaqla saat 21:00-dan saat 05:00-dək ölkə ərazisində hərəkətə tətbiq olunan qadağa qüvvədə saxlanılacaq.

Baxış sayı: 3333 | Tarix: 10.04.2021
Bizi Telegramda izləyin: @repostaz