Niderlandın Almer şəhərində Ömər İbn Əl Xəttab Camisinə hədə-qorxu məktubu göndərilib.
 
RePost.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Haber7" məlumat yayıb.
 
"Müsəlmanlar günahkardır və diri-diri yandırılmalıdırlar. Bütün farslar və türklər ölkəni tərk etməlidirlər, yoxsa Auşvitzdəki yəhudilər kimi qazla boğulacaqlar. Yaşasın Zəfər. Adolf Hitler hələ yaşayır", - deyə məktubda qeyd olunub.
 
Məktub camiyə gələnlərdə təşviş yaradıb.
 
Qeyd edilir ki, sözügedən cami son altı ildə üç dəfə hücuma məruz qalıb.

Baxış sayı: 3086 | Tarix: 11.04.2021
Bizi Telegramda izləyin: @repostaz