Saat 07:30-da bütün cəbhə boyu şiddətli raket, artilleriya atəşi başladı, bizim atəşdən 20 dəqiqə sonra ermənilərin cavab atəşi gəldi.
 
Təqribən 38 dəqiqə davam edən artilleriya atəşindən sonra Azərbaycan Silahlı qüvvələrinin 1-ci ordu korpusunun bölmələri Tapqaraqoyunludan Talış kənd istiqamətində şərti adı “99” və “Polad”postu deyilən yerdən Goranboy briqadası və Mingəçevir briqadası,onların önündə Korpusun Əlahiddə tank taboru,Murov dağ 3340 yüksəkliyi istiqamətdə korpusun Əlahiddə Kəşfiyyat taboru və Həmlə taboru ,Tərtər istiqamətindən Ağdərə Göyarx(Yüksəklik 530) istiqamətində Tərtər briqadası,Goranboy Gülüstan Kəhirlər (yüksəklik 1444) istiqamətində Ağcakənd briqadası düşmənin müdafiə xəttini yarmaq üçün hücuma keçdi.
 
Şiddətli döyüş gedirdi,qan su yerinə axırdı elə bil.
 
Artıq ilk yaralı şəhid xəbərləri gəlməyə başladı.
 
İlk şəhid və yaralını şimal-şərq cəbhəsində eyni anda 13 istiqamətdən böyük qəhrəmanlıq göstərərək güllə yağışının altında Ohanyan xəttin yarıb keçid açan Mühəndis-istehkam taboru verdi.
 
Həmən an onların rəisi Polkovnik-leytenant Hüseynov Xalidi görmək lazım idi.Onun rəhbərliyi altında istehkamçılarımız keçidi açıb qoşunlarımızın irəlləməsi üçün dəhliz yaratmışdılar.Xalid həm sevincli idi həmdə şəhid və yaralılarına görə elə bil canından can getmişdi.Qəhər boğmuşdu onu.Özün güclə saxlıyırdı.Məni tutub sirkələdi dedi qəhrəmanlarım canı bahasına keçidi açdılar,bunlardan yaz Tofiq.
 
Vəziyyət çox çiddiləşdiyinə görə korpus komandiri əsas Komanda idarəetmə məntəqəsindən çıxaraq bir başa döyüşləri vizual müşahidə edib idarə edə biləcəyi Goranboy istiqamətində getdi.
 
Polkovnik Babək Səmidli, Rahim müəllim və mən döyüşü izləyirdik. Ən mükəmməl peşəkarlıqla çəkilən Hollivud müharibə filmi belə bu səhnənin yanında heç nə idi. “Sıravi Rayanın xilas edilməsi” filmində müttəfiq qoşunların dənizdən üzü yuxarı düşmənin gücləndirilmiş beton mövqelərinə qarşı hücum səhnəsi ilə eyni səhnə yaşanırdı.
 
Canlı qüvvəmiz  və tanklarımız, BTR 82-A, BMP-3-lərimiz düşmənin 27 ildə tikib möhkəmləndirdiyi mövqelərə qarşı döyüşə-döyüşə irəliləyirdi.
 
Ermənilər möhkəm tikdikləri dotlardan yağış kimi güllə yağdırır, snayper silahlarından və pulemyotlardan, bir tərəfdən də minomyotlardan atəşi dayanmır, həm texnikaya, həm də şəxsi heyətə „Kornet“ və „Faqot“dan durmadan atırdılar.
 
Düşmənin qazdığı xəndəyin qabağında vurulan texnikalarımız alışıb-yanır, qışqırıq səsləri aləmi bürüyür, yanan texnikaların içində tam heyət olanlar da var idi.
 
Gözümüzün qabağında illərdir bir yerdə olduğumuz qardaşlarımız alışıb yanırdı, çox dəhşətli səhnə idi, vəziyyət çox pis idi.
 
Düşmən çox güclü, şiddətli müqavimət göstərirdi.
 
Bir anlıq adamın ağlına yox.., biz bacarmıyacıyıq, kimi fikirlər gəlirdi.
 
Polkovnik Babək Səmidli Korpus komandirinə dedi: “Cənab general, icazə verin gedim uşaqların yanına ,onlara döyüş meydanında kömək edim, arxadan gələn ehtiyatları düzgün yönləndirim”
Korpus komandiri Babəkin üzünə baxdı-baxdı dedi: “Get, amma ehtiyatlı ol, tək getmə, polkovnik Həbib Şıxıyev də səninlə getsin”.
 
Gərgin vəziyyət davam edir, düşmənin müqavimətinin qırılacağı mümkünsüz görünürdü. Elə bu vaxt, həmən çətin anlarda ilk qələbə xəbərini polkovnik Nəsimi Şıxəliyev verdi. O, ratsiyada məruzə etdi ki, Murovdağ 3340 yüksəkliyi Tərtər əlahiddə kəşfiyyat taboru tərəfindən götürüldü, erməni bayrağı endirilib, Azərbaycan bayrağı dalğalanır.
 
(həmən yüksəkliyin götürülməsində 1-ci ordu korpusunun Həmlə taboru da iştirak etdi)
 
Ratsiyada kimsə qışqırdı ki, “ura-ura... eşq olsun sənə Nəsimi,eşq olsun!
 
Sən Murov Qartalısan!”
 
Nəsimi soyuq səslə cavab verdi ki, başqa ad fikirləşin, Murov Qartalı şəhid qardaşımız Raquf Orucovdur.
 
Polkovnik Nəsimi Şıxəliyev məruzə edəndə saat 18:00 olardı,bir az sonra N saylı briqadanın komandiri polkovnik-leytenant Səxavət Baxışov məruzə etdi ki, Talış kəndin solundakı 482 yüksəkliyi İbişin rəhbərliyi ilə kəşfiyyat bölüyü tərəfindən götürülüb, bizdədi (İbiş deyəndə kəşfiyyat rəisi Polkovnik-leytenant İbişov Bayramı nəzərdə tuturdu).
 
Əsas hücum istiqamətində isə çox güclü döyüş gedirdi. Ordumuz iki istiqamətdən cəbhəni yarmışdı.
 
Bir istiqamətdə döyüş meydanında ümumi rəhbərliyi korpus komandirinin müavini Polkovnik Teymur Məmmədov edirdi.
 
Bir istiqamətdə Goranboy briqadasının komandiri Polkovnik-leytenant Səxavət Baxışov öz briqadası ilə irəliləyir, yanında briqadanın qərargah-rəisi polkovnik-leytenant Elxan Hüseynov, polkovnik-leytenant Əfqan Əbdürrəhmanov, tabor komandirləri polkovnik-leytenant Soltan Məmmədov, mayor İntiqam Əmirov var idi(adların unutduğum qardaşlarımız üzürlü saysın).
 
Digər istiqamətdə N saylı briqadaya polkovnik-leytenant Orxan Rzayev rəhbərlik edirdi. Orxan Rzayevin briqadası yanında korpus komandirinin müavini polkovnik Teymur Məmmədov, taborun qerargah-rəisi Baş-leytenant Rzayev Gülməmməd, polkovnik-leytenant Zeynalov Cabir, döyüş meydanında korpusun artilleriya bölmələrin idarə edən polkovnik-leytenant Mövlanov Tərlan, mayor Bağıyev Mirdamət də var idi.
 
Hər iki briqadamız hərəsi 2 taborla günün sonuna yaxın düşmənin 3 eşalonlu müdafiə xəttin yarıb ,texnikalarımızı düşmənin qazdığı xəndəklərdən keçirdə bildilər. Düşmənin Talış kənd istiqamətində müdafiə xətti yarılandan sonra polkovnik-leytenant Orxan Rzayev bölmələri 831 yüksəkliyinə doğru, digər bölmələri isə polkovnik Teymur Məmmədovun rəhbərliyi altında 701 yüksəkliyinə doğru hərəkət edirdilər.
 
Hər iki yüksəklik artilleriya, aviasiya ilə vurulsa da, elə bil heç nə olmamışdı, çünki ermənilər orda beton bunkerlərdən böyük sığınacaqlar tikmişdilər. Ermənilərin ən ciddi müqaviməti Ağ uçuq deyilən yerdə oldu.Təqribən 100 -ə yaxın erməni xüsusi təyinatlıları o istiqamətdən bölmələrimizi iki yerə ayırmaq üçün əks həmləyə cəhd edirdilər.
 
Briqada komandiri polkovnik-leytenant Orxan Rzayev tanklarla 831 yüksəkliyinə irəliləyərkən dar dağ yolunda təsadüfən ermənilərin 1 bölük qüvvəsi ilə rastlaşdı.
 
Ermənilər 10-a yaxın „Kamaz“, „Ural“la ön xəttə köməyə gəlirmişlər. Qəhrəman döyüşçülərimiz  hamısın əzib keçmişdilər (çəkilişi var).
 
Ermənilər hüçumu əsas hüçum istiqamətin  Ağdam-Ağdərə bildikləri üçün  əsas elit bölmələri bu istiqamətdə idi.
 
Separatçıların müdafiə naziri Cəlal Harutunyan Ağdamda Çoban dağ yüksəkliyindən döyüşləri idarə edirdi.
 
Ermənilər tez bir zamanda Xocalıda yerləşən 77-ci tank taborun,Ağdərədə yerləşən 10-cu dağ atıcı diviziayasın,193 cü əlahiddə hüçum-desant taborun və 022 Xüsusi təyinatlı qüvvələrinin bu istiqamətdə atıb hücumu saxlıya bildilər.
 
Döyüşün bu anında ani ortaya çıxan vəziyyəti qiymətləndirən döyüşü idarə edən  Korpus komandiri  tez bir zamanda vəziyyətə uyğun,düşmən üçün gözlənilməz ola biləcək bir qərar qəbul etdi.
 
Komandir anidən Goranboy briqadasının bir taborun sağ cinaha çəkərək  incə çayın solu ilə düşmənin 6 cı və 7 ci dağ atıcı alaylarının stıkından meşə zolağı ilə sızdırıb düşmənin arxasına keçib Arakəsər dağına çıxmalı,tabor 1353 yüksəkliyin tutaraq ordan 1208 yüksəkliyinə düşərək Talış-Suqovuşan istiqamətində düşmənin 6-cı dağ atıcı alayın tam mühasirəyə salıb,düşmən qüvvələrin parçalamalı idi, düşmən bölmələri arasında xaos yaradıb bu istiqamətdə müqavimətlərin qırmalı idi.
 
Komandanlığın əmri ilə tabor yaradılacaq  Atəş Dalğası ilə az itki ilə və çox qısa zamanda təyin olunmuş hədəfi tutmalı idi.
 
Korpus Komandirinin rabitə Vaşak-1 əmr edirəm atəş komandası eşidilir.
 
Yer-göy elə bil lərzəyə gəldi həmən an.
 
Ardınça Vaşak-2,Vaşak-3 əmrləri eşidilir.
 
Goranboy briqadasının taboru bu istiqamətdə düşmən qüvvələrin darmadağın edərək Arakəsər dağına çıxaraq 1353 yüksəkliyin tutur,tabor cinahları olası düşmən həmləsindən qorumaq üçün 2 bölüyü orda yerləşdirərək 1208 yükləkliyinə düşür.
 
Düşmən qısa bir müddət sonra Azərbaycan ordusunun artıq 1353 və 1208 də olduğundan duyuq düşür.
 
İlk öncə 022 Xüsusi təyinatlılarının köməkliyi ilə 1208 istiqamətində güclü əks-həmlələri başlıyır
 
Ardı var
 
Tofiq Qarabağlı

Baxış sayı: 6715 | Tarix: 28.09.2021
Bizi Telegramda izləyin: @repostaz