"İmişlidə atalığı tərəfindən zorakılığa məruz qalan 11 yaşlı qızla bağlı hadisəyə həmin dəqiqə reaksiya verdik. Hər bir qurumun bu məsələdə öz məsuliyyəti var. Hüquq mühafizə orqanları öz işlərini gördülər".

RePost.Az “Musavat.com”a istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib. O deyib ki, qızcığaz bütün lazımi tibbi xidmətlərlə təmin olunub:

"Səhiyyə öz istiqamətində işini qurdu. Bizim də əsas işimiz o oldu ki, ilk olaraq ailənin vəziyyəti ilə yaxından tanış olub, əgər ailədə başqa uşaq varsa, onlarla işi qurmağa başladıq.

Təcili İcra Hakimiyyəti ilə əlaqə qurduq. Məlum oldu ki, qızın bir qardaşı da var. Təcili psixoloq göndərildi. Sosial Xidmətlər Agentliyi ilə birgə ailə ilə işimizi qurandan sonra Mərkəzə yerləşdirildi. Hazırda qızımız o mərkəzdədir. İşi davam etdiririk".

A.Sofiyeva onu da əlavə edib ki, əməliyyat zamanı qızcığazın vəziyyəti pisləşib:

"Uşaq əməliyyat olanda halı pisləşmişdi. Anasını istəyirdi. Zorakılığa məruz qalan uşaqdır. O, uşaqdır, anlamır ki, anasının da bu məsələdə təqsiri var, ya yox. Ona görə də məcbur qalıb, anasını da gətirdilər.

Anası ilə birgə sığınacağa yerləşdirildi. Qardaşını da yanına gətirdilər. Uşaq artıq özünü yaxşı hiss etməyə başladı, üzü güldü. O ki qaldı, uşaqların sonrakı vəziyyərinə, istintaq sübut etsə ki, ananın bu məsələdən xəbəri olub və gizlədib, uşaqlar dövlətin himayəsinə veriləcək".


Baxış sayı: 3010 | Tarix: 12.11.2021
Bizi Telegramda izləyin: @repostaz