Qırğızıstan Prezidenti Sadır Japarovla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
 
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Qırğızıstan Prezidentinin mətbuat katibliyi məlumat yayıb.
 
Bildirilib ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
 
Qeyd olunub ki, liderlər ikitərəfli əməkdaşlığın perspektivlərini, eyni zamanda, regionda mövcud vəziyyəti, o cümlədən Qazaxıstanda baş verən hadisələri müzakirə ediblər.

Baxış sayı: 4511 | Tarix: 06.01.2022
Bizi Telegramda izləyin: @repostaz