Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı, general-mayor Andrey Volkovu qəbul edib.
 
Müdafiə Nazirliyindən RePost.Az-a verilən məlumata görə, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti müzakirə olunub.
 
General-mayor A.Volkovu general-leytenant Rüstəm Muradov təqdim edib.
 

Baxış sayı: 673 | Tarix: 12.01.2022
Bizi Telegramda izləyin: @repostaz