Azərbaycanın milli maraqları tələb edərsə, Ermənistana səfər edə bilərəm.
 
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
 
"Mən düşünürəm ki, bu suala hansısa şərt əsasında deyil, hadisə və zaman əsasında cavab vermək olar. Cavab üçün demək olar ki, Azərbaycanın milli maraqları tələb edən görüş və ya hadisə baş tutduğu zaman, belə bir məqam yetişdikdə bu baş verə bilər".

Baxış sayı: 217 | Tarix: 26.12.2025
Bizi Telegramda izləyin: @repostaz