Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri ordu generalı Sergey Şoyqunu qəbul edib.
 
RePost.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, görüşdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingentinin Qazaxıstandakı missiyasının başa çatdığı elan olunub.
 
“KTMT-nin sülhməramlı kontingenti Qazaxıstanda vəziyyətin stabilləşməsində çox vacib rol oynayıb. Artıq evə qayıtmaq lazımdır. Biz öz missiyamızı yerinə yetirdik”, - Putin qeyd edib.
 
Müdafiə naziri Sergey Şoyqu isə sülhməramlı kontingentin yanvarın 19-na qədər Qazaxıstandan tam çıxarılacağını, sabah Ermənistan, Tacikistan və Belarus sülhməramlılarının Rusiya təyyarələri ilə ölkəni tərk edəcəyini vurğulayıb.
 
O, KTMT hərbçilərinin Qazaxıstanda 14 sosial əhəmiyyətli obyekti nəzarət altına aldığını da qeyd edib.

Baxış sayı: 2364 | Tarix: 13.01.2022
Bizi Telegramda izləyin: @repostaz