Sosial şəbəkələrdə bağçada azyaşlının müəllim tərəfindən döyülməsi ilə bağlı yayılan videogörüntünün harada çəkildiyi məlum olub.
 
RePost.Az-ın Şirvan bürosunun xəbərinə görə, hadisənin İsmayıllı şəhərinin Aşağıbaş adlanan ərazisində yerləşən 1 saylı uşaq bağçasında baş verdiyi açıqlanıb. Videoda azyaşlının başına qapaz vuran şəxsin bağçanın müəllim- tərbiyəçisi Zülfiyyə Baxışova olduğu bildirilir. Məsələ ilə bağlı İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları həmin bağçaya gedib, tərbiyəçinin izahatı alınıb.
 
Qeyd edək ki, uşağı döyən müəllim Zülfiyə Baxışovanın uşağın anasının xalası olduğu deyilir.
 
Faktla bağlı araşdırma aparılır.

Baxış sayı: 1870 | Tarix: 14.01.2022
Bizi Telegramda izləyin: @repostaz