Azərbaycan Liberal Partiyası Fransa prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa qanunsuz səfəri ilə bağlı bəyanat yayıb. 
 
Bəyanatda deyilir:
 
Fransa prezidentliyinə namizəd xanım Valeri Pekres bu günlərdə  Azərbaycan rəhbərliyinin xəbəri  və icazəsi olmadan, dövlətimizin xalqımızın əzəli torpağı, BMT tərəfindən ölkəmizin ayrılmaz hissəsi kimi tanınmış, sülhmərmalıların nəzarət etdikləri Xankəndinə qanunsuz və gizlin gəlmiş, bununla da dövlətimizin sərhədlərini pozmuş, yalnız Fransaya qayıtdıqdan sonra öz səfəri haqqında mətbuata məlumat vermişdir.
 
Azərbaycan rəhbərliyi onun Xankəndinə səfəri haqqında vaxtında dəqiq məlumatı olsaydı,  V. Pekresi geri buraxmayacağını bəyan  edəndən sonra isə o Fransa prezidentinə müraciət edərək, özünü Şərq xaçpərəstlərinin  müdafiəçisi kimi təqdim etmiş, Fransa prezidentinə rəsmi Azərbaycandan üzr istənməsi  tələbi haqqında təklif vermişir.
 
 Azərbaycan Liberal Partiyası hesab edir ki, Azərbaycanın icazəsi olmadan onun torpağına səfər etmək, əhalisinin ən azı 10% -i müsəlman olan Fraansanın  prezidentliyə namizədi xanım V.Pekresin bu mövqeyi beynəlxalq hüquqa ziddir və təxribat xarakteri daşıyır.
 
ALP hesab edir ki, Azərbaycan rəsmi orqanları BMT-yə, başqa beynəlxalq təşkilatlara və ictimaiyyətə müraciət etməli, onları ölkəmizin Xankəndi bölgəsinə yalnız Azərbaycan Respublikasının icazəsindən sonra səfər edilməsi haqqında xəbərdar etməlidir.
 
ALP təklif edir ki, rəsmi Azərbaycan  bundan sonra belə halların təkrar olunmaması və dövlətimizdən üzr istənilməsi tələbilə Fransaya müraciət etməlidir.
 
 Azərbaycan Liberal Partiyasının Mətbuat Xidməti.

Baxış sayı: 4169 | Tarix: 24.01.2022
Bizi Telegramda izləyin: @repostaz