Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın Baş naziri ilə telefon danışığında növbəti 24 saatın Ukrayna üçün həlledici olacağını bildirib.
 
RePost.Az-ın xəbərinə görə, Boris Conson bildirib ki, müttəfiqlər yardımların Ukraynaya mümkün qədər tez çatması üçün çalışırlar.
 
Baş nazir həmçinin Ukraynaya əlavə 40 milyon funt sterlinq (80 milyon AZN) yardım ayrıldığını bildirib. Bu yardım tibbi ləvazimatların alınmasına yönəldiləcək.

Avropa İttifaqı da Ukraynaya 450 milyon dollarlıq silah-sursat, həmçinin döyüş təyyarələrini Ukraynaya göndərəcəyini bildirib. 
 
ABŞ isə Ukraynaya yardım məqsədi ilə 54 milyon dollar ayırıb.

Baxış sayı: 6316 | Tarix: 28.02.2022
Bizi Telegramda izləyin: @repostaz